Hava ilə bağlı - XƏBƏRDARLIQ
17:21 / 18.05.2022
2291
Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi barədə xəbərdarlıq edib.
Sfera.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında mayın 20-si səhərdən 21-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s olacağı gözlənilir.