Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi
Keçmiş SSRİ-nin tanınmış aktyoru Arnis Lisitis dünyasını dəyişib. 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, latviyalı aktyor 76 yaşında vəfat edib.

Qeyd edək ki, Arnis Lisitis 1946-cı il yanvarın 6-da Latviyanın Riqa şəhərində dünyaya gəlib. Onun atası Alfred Videnieks və anası Helqa Lisitin də aktyor olublar. 

Arnis Lisitis kinoda debütünü 1965-ci ildə edib. O, "Miraj”, "İtirilmiş Sibir”, "Günahkar saymaq” və İkinci Dünya müharibəsinə aid filmlərdə aparıcı rollara çəkilib, keçmiş sovetlərin mərkəzi televiziyasının "Ağ tutuquşu” yumoristik televerilişində iştirak edib. 

OXŞAR XƏBƏRLƏR