2022-ci ildə Azərbaycanda peyvəndləmənin yeni mərhələsi həyata keçirilə bilər - AÇIQLAMA
13:37 / 15.06.2021
1939
Xəbər verdiyimiz kimi Türkiyədə vətəndaşlara vaksinin üçüncü dozası da vurulacaq. Bu barədə artıq Səhiyyə nazirliyinin qərarı var və prosesin 2022-ci ildə həyata keçirilməsi planlaşdırılır.
Maraqlıdır, Azərbaycanda da vətəndaşlara peyvəndin üçüncü dozası vurula bilərmi?
Məsələ ilə bağlı tibb elmləri doktoru, infeksionist Vüqar Cavadzadə Sfera.az-a açıqlamasında əvvəlcə xatırladıb ki, koronavirusun yayılmasının qarşısının alınmasında vaksinasiyanın rolu olduqca böyükdür:
"Vaksinasiya vasitəsilə süni aktiv immunitet yaranır və bu da xəstələrin sayının azalmasına səbəb olur. Həmçinin, peyvəndləmə prosesi növbəti virus yoluxmalarının sayının azalmasına gətirib çıxarır. Bu günə kimi yoluxmaların sayının azalmasındada vaksinasiyanın rolu böyükdür”.
Müsahibimiz sözlərinə görə, pandemiya davam edərsə, Azərbaycanda da qardaş ölkədə olduğu kimi vətəndaşlara üçüncü doza vurula bilər.
Günay Rəsulqızı
Sfera.az