Sabah bu rayonlarda qaz kəsiləcək

Sabah bu rayonlarda qaz kəsiləcək
Sabah Azərbaycanın iki rayonunun böyük hissəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, "Qaz İxrac” İdarəsinə məxsus "Cəfərabad” QPS-də aparılacaq təmir işləri ilə əlaqədar oktyabrın 30-da saat 09:00-dan işlər başa çatanadək Şəki rayonunun (Şəki şəhəri və rayonun 30 kəndi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Həmçinin, Goranboy rayonu ərazisində qaz təchizatı şəbəkəsində "Təmiz Qaz” QSC tərəfindən aparılan texniki baxış zamanı aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı sabah saat 09:00-dan 17:00-dək Goranboy rayonunda yerləşən əhali qrupu üzrə (Goranboy şəhəri və 63 yaşayış məntəqəsi) istehlakçıların qaz təchizatı dayandırılacaq.

"Azəriqaz” müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyir.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Goranboyda minaya düşən gəncin son durumu AÇIQLANDI

Goranboyun Tap Qaraqoyunlu kəndində, İncəçayı keçən zaman minaya düşən Vüqar Maqsud oğlu Məmmədovun son durumu açıqlanıb. Sfera.az bildirir ki, Goranboy R...

Şuşaya niyə ildə bir dəfə gedə bilərik? – Rəsmi izah

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi işğaldan azad edilmiş ərazilərə təşkil ediləcək müntəzəm avtobus səfərlərindən vətəndaşların ildə bir dəfə istifadə edə ...

Emil Məmmədov: "Tağıyevi bolşeviklər, ruslar, ermənilər unutdurmaq istəyirdi"

Tanınmış sosial media mütəxəssisi Emil Məmmədov Hacı Zeynalabdin Tağıyevin yeni açılmış heykəlini ziyarət etməsi ilə bağlı paylaşım edib. Sfera.az xəbər v...

Sabah Bakıya qar yağacaq - PROQNOZ

Yanvarın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında h...

Müstəqilliyə gedən yoldakı 20 Yanvar səddi

20 Yanvar hadisələrindən 32 il keçir. Azərbaycan xalqı hər il 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir. Çünki 1990-cı il yanvarın 20-si Azər...

Azərbaycanın qlobal əhəmiyyəti necə artır? - İlham Əliyev praqmatizmi...

Azərbaycanın təxminən 28 ildir apardığı balanslaşdırılmış və çoxvektorlu siyasət özünün praktiki əhəmiyətini saxlayır, son illər regionda və dünyada baş verən p...