Əhalinin banklarda nə qədər pulu var? - RƏSMİ

Əhalinin banklarda nə qədər pulu var? - RƏSMİ
2021-ci ilin noyabr ayının 1-nə Azərbaycanda kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin həcmi 26 114 800 000 manat olub.

Sfera.az-ın məlumatına görə, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə depozit və əmanətlərin həcmi 16,4 faiz, əvvəlki ayla müqayisədə isə 1,6 faiz artıb.

Vəsaitlərdən 8 887 400 000 manatı fiziki şəxslərin əmanətlərini, 2 003 400 000 manatı maliyyə təşkilatlarının, 15 224 000 000 manatı isə qeyri-maliyyə təşkilatlarının vəsaitlərini əhatə edib.

Fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi ötən ilin müvafiq dövrünə nəzərən 12,9 faiz, oktyabr ayı ərzində isə 49 300 000 manat məbləğində artıb. Onların əmanətlərinin 56,7 faizi milli valyutada, 43,3 faizi isə xarici valyutada olub. Manatla olan əmanətlərin həcmi oktyabr ayında da xarici valyutada olan əmanətlərin həcmini üstələyib.

Rezidentlərə məxsus əmanətlərin həcmi fiziki şəxslərə məxsus əmanətlərin 96,6 faizini təşkil edib. Qeyri-rezidentlərin, yəni ölkə hüdudlarından kənarda yaşayan və ya ölkədə müvəqqəti qalan fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi noyabr ayının 1-nə olan vəziyyətə görə, 299 700 000 manat təşkil edib.

Ötən ilin müvafiq dövrünə olan göstəricilərlə müqayisədə maliyyə təşkilatlarının depozitlərinin həcmi 11,8 faiz, illik müqayisədə isə 2,1 faiz artıb.

Noyabr ayının 1-nə qeyri-maliyyə qurumlarının depozitlərinin həcmi 1 faiz, illik müqayisədə isə 20,7 faiz artıb.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Gələn il bu mallar bir qədər də BAHALAŞACAQ

Rusiyada gələn ildən bəzi ərzaq məhsullarının və məişət avadanlıqlarının qiymətində böyük artım gözlənilir.  Sfera.az Rusiyanın "Vedomosti” qəzetinə ...

“Koronavirusun yeni ştamı birjalarda nikbinlik yaradacaq” – Amerikalı milyarder

"Koronavirusun yeni aşkarlanan "Omicron ştammının iqtisadi faydaları var”. Sfera.az "Bloomberg”ə istinadən xəbər verir ki, belə bir açıqlama ilə Pershing ...

Əhalinin banklarda nə qədər pulu var? - RƏSMİ

2021-ci ilin noyabr ayının 1-nə Azərbaycanda kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin həcmi 26 114 800 000 manat olub. Sfera.az-ın məl...

Zəngəzur dəhlizi olmayacaqsa Laçın dəhlizi də olmamalıdır - Şərh

Ötən gün Ermənistan Baş naziri Nikol Paşinyan onlayn formatda jurnalistlərin suallarını cavablandırarkən Zəngəzur dəhlizinin açılmasının mümkünsüzlüyündən bəh...

Türkiyə valyuta böhranı ilə üzləşən yeganə ölkə olmayacaq - Proqnoz

"Türkiyənin valyuta böhranı ilə üzləşən yeganə ölkə olmaya bilər”.   Sfera.az "investing.com”a istinadən xəbər verir ki, belə bir açıqlama ilə inki...

Azərbaycanın vaksin idxalına xərclədiyi pulun məbləği açıqlandı - MƏBLƏĞ

2021-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 72,1 milyon dollar dəyərində insanlar üçün vaksin idxal edilib. İdxal edilən vaksinin miqdarı 16,51 to...