Anar Kərimovdan YENİ TƏYİNAT - FOTO

Anar Kərimovdan YENİ TƏYİNAT - FOTO
Mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə istedadlı gənc rəssam Vüsal Rəhim Azərbaycan Dövlət Akademik Musiqili Teatrının baş rəssamı təyin olunub.

Sfera.az xəbər verir ki, bu barədə  teatrdan məlumat verilib.

V.Rəhim ona göstərilən etimada görə nazirə və çalışdığı teatrın rəhbərliyinə təşəkkürlərini bildirib: "Bu təyinat mənə olan inam və etibarın nümunəsidir və üzərimə düşən məsuliyyətimi bir daha artırır. Göstərilən etimadı doğruldacağıma, fəaliyyətimi daha məsuliyyətlə davam etdirəcəyimə söz verirəm”.

Qeyd edək ki, Vüsal Xəlil oğlu Rəhimov 20 dekabr 1987-ci ildə Gəncədə anadan olub. 1994-2005-ci illərdə Gəncə şəhəri 20 saylı orta ümumtəhsil məktəbində oxuyub. 2007-2011-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında "Teatr-dekor sənəti" ixtisası üzrə bakalavr təhsili alıb. 2011-ci ildən müstəqil yaradıcılıq fəaliyyətinə başlayan V.Rəhim elə həmin ildən həm də quruluşçu rəssam kimi ölkənin ayrı-ayrı teatrlarında onlarla tamaşanın quruluşçu rəssamı olub.
2014-ci ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında bədii tərtibat işlərinin icraçı rəssamı, 2019-cu ildən bu ilin noyabr ayınadək isə quruluşcu rəssam kimi fəaliyyət göstərib.
 
(report)

OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...