Anar Kərimovdan YENİ TƏYİNAT - FOTO

Anar Kərimovdan YENİ TƏYİNAT - FOTO
Mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə istedadlı gənc rəssam Vüsal Rəhim Azərbaycan Dövlət Akademik Musiqili Teatrının baş rəssamı təyin olunub.

Sfera.az xəbər verir ki, bu barədə  teatrdan məlumat verilib.

V.Rəhim ona göstərilən etimada görə nazirə və çalışdığı teatrın rəhbərliyinə təşəkkürlərini bildirib: "Bu təyinat mənə olan inam və etibarın nümunəsidir və üzərimə düşən məsuliyyətimi bir daha artırır. Göstərilən etimadı doğruldacağıma, fəaliyyətimi daha məsuliyyətlə davam etdirəcəyimə söz verirəm”.

Qeyd edək ki, Vüsal Xəlil oğlu Rəhimov 20 dekabr 1987-ci ildə Gəncədə anadan olub. 1994-2005-ci illərdə Gəncə şəhəri 20 saylı orta ümumtəhsil məktəbində oxuyub. 2007-2011-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında "Teatr-dekor sənəti" ixtisası üzrə bakalavr təhsili alıb. 2011-ci ildən müstəqil yaradıcılıq fəaliyyətinə başlayan V.Rəhim elə həmin ildən həm də quruluşçu rəssam kimi ölkənin ayrı-ayrı teatrlarında onlarla tamaşanın quruluşçu rəssamı olub.
2014-ci ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında bədii tərtibat işlərinin icraçı rəssamı, 2019-cu ildən bu ilin noyabr ayınadək isə quruluşcu rəssam kimi fəaliyyət göstərib.
 
(report)
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Nazir onu özünə müşavir TƏYİN ETDİ - FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub.  Sfera.az Oxu.Az-a istindən xəbər verir ki, bu barədə nazir Muxtar Babayev əmr imzal...

Gün ərzində peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 27 339 vaksin vurulub. Sfera.az  xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operati...

Bu gün Bakıda 550 küçə dezinfeksiya edilib - FOTOLAR

Bu gün paytaxtda elan olunan ümumşəhər sanitar günü ilə bağlı dezinfeksiya tədbirləri keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Sfera....

Rusiyanı "Dünya gözəli" müsabiqəsində azərbaycanlı model təmsil edəcək - FOTO

Rusiyanı "Dünya gözəli - 2021” müsabiqəsində Tatarıstanın ən gözəl qızı Ralina Ərəbova təmsil edəcək Sfera.az xəbər verir ki, o, 2019-cu ildə Rusiya gözəl...

Elmar Məmmədyarov uzun müddət sonra üzə çıxdı - FOTO

Xəbər verdiyimiz kimi, bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Sfera.az xəbər verir ki, diqqətçəkən məqam isə iclasda sabiq xarici ...

Bakının mərkəzində ucuz şou - onlar nə istəyir?

Dünyada ən müqəddəs duyğu Vətən uğrunda Şəhid olmaqdır. Boya-başa çatdığın torpağın müqəddəsliyini hiss edib yolunda canından keçmək sözsüz ki, ən müqəddəs bir ...