Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu
Oktyabrın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən şimal-qərb küləyi günün ikinci yarısında güclənəcək. Havanın temperaturu gecə 11-13° isti, gündüz 16-18° isti olacaq. Bakıda gecə 11-13° isti, gündüz 16-18° isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütünundan 767 mm civə sutununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Oktyabrın 25-də gündüz Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Azərbaycanın rayonlarında: Əsasən yağmursuz. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 7-10° isti, gündüz 17-22° isti, dağlarda gecə 1° şaxta 3°-dək isti, gündüz 3-5° isti olacaq.

OXŞAR XƏBƏRLƏR

Bakıda taxta bazarı YANIR

Paytaxtın Nərimanov rayonunda taxta bazarı yanır.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. ...

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...

Cavanşir Məmmədov DƏFN OLUNDU -YENİLƏNDİ - 2

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhum sənətçi bu gün “Qurd Qapısı” qəbiristanlığında torpağa ta...

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının bir...