Azərbaycan nefti bahalaşır

Azərbaycan nefti bahalaşır
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 19-da 86,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,42 dollar/barel çoxdur.

Bu barədə Sfera.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 85,98 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,42 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 81,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,29 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 85,03 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,4 dollar/barel çoxdur.

OXŞAR XƏBƏRLƏR