Peyvənd olunanların sayı AÇIQLANDI
16:40 / 19.10.2021
1168
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 060 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 604, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 456 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 226 083, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 976 945, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 249 138 təşkil edir.