Milli Məclisin iclası başladı

Milli Məclisin iclası başladı
Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.

Sfera.az-ın xəbərinə görə, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə bir məsələ daxil edilib.

Toplantıda "Müstəqillik Günü haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə ediləcək.

Layihəyə əsasən, 28 May - Respublika Gününün adı dəyişdirilərək mayın 28-i Müstəqillik Günü, 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün isə adı dəyişdirilərək oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilir.

Həmin günlər isə hər il bayram kimi qeyd olunacaq. Müstəqillik Günü qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü isə iş günü olan bayram sayılacaq.

OXŞAR XƏBƏRLƏR