Azərbaycan nefti bahalaşır

Azərbaycan nefti bahalaşır
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 8-də 84,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,97 dollar/barel çoxdur.

Bu barədə Sfera.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 83,98 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,95 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 78,76 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,36 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 82,98 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,08 dollar/barel çoxdur.

OXŞAR XƏBƏRLƏR