Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist vəfat etdi - FOTO
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansablının rəhbəri, Azərbaycan və Özbəkistanın Əməkdar artisti Kaykep Aliyeva dünyasını dəyişib.

Sfera.az xəbər verir ki, bu haqda sözügedən mərkəz məlumat yayıb.

Əməkdar artist 86 yaşında dünyasını dəyişib.

Xatırladaq ki, əslən Qarabağlı olan Kaykep 50 ildən artıq Azərbaycan mədəniyyətinin Özbəkistanda təbliğində iştirak edib, eyni zamanda təşkil etdiyi dərnəklərdə bir çox azərbaycanlı, özbək uşaq və yeniyetməyə milli rəqslərimizi öyrədib.

O, 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Əməkdar artist" fəxri adına layiq görülüb. 

OXŞAR XƏBƏRLƏR