Azərbaycan neftinin qiyməti BAHALAŞDI

Azərbaycan neftinin qiyməti BAHALAŞDI
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 23-də 78,5 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,57 dollar/barel çoxdur.

Bu barədə Sfera.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 77,84 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,56 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 73,28 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,57 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 76,64 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,62 dollar/barel çoxdur.

OXŞAR XƏBƏRLƏR