FHN-dən əhaliyə XƏBƏRDARLIQ

FHN-dən əhaliyə XƏBƏRDARLIQ
Fövqəladə Hallar Nazirliyi hava şəraiti ilə ilə bağlı əhaliyə müraciət edib.  

Sfera.az xəbər verir ki, FHN-in müraciətində bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sentyabrın 25-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü külək əsəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır. 

Belə ki, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçməsi ehtimalı ilə əlaqədar daşqın və sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur. 

İldırımın səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, daldalanmaq üçün hündür ağacların altında gizlənməmək və bu məqsədlə çökək yer seçmək, avtomobildə olduqda hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.

Həmçinin, güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli davranaraq yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Güclü külək zamanı yanğınların söndürülməsi mürəkkəbləşdiyindən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir".  
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Maaş və pensiya alanlara SEVİNDİRİCİ XƏBƏR - Bundan sonra…

"2022-ci ildə maaş və pensiyaların artırılması prioritet məsələlərdəndir”. Sfera.az bildirir ki, bu barədə iqtisadçı ekspert, Millət vəkili Vüqar Bayramov...

Məktəblərdə yoluxma halları artır - Valideynlərə MÜRACİƏT

"Mövsümlə əlaqəli olaraq payız aylarında qrip və buna bənzər üst tənəffüs yolları xəstəlikləri artıb. Bu, hər zaman müşahidə edilirdi”. Sfera.az bildirir ...

Dilqəm Əsgərov Şuşada yatdığı həbsxanaya getdi - FOTOLAR

Təxminən bir ilə yaxındır erməni əsirliyindən azad olunaraq vətənə qaytarılan Dilqəm Əsgərov işğaldan azad olunan ərazilərdə olub. Sfera.az bildirir ki, b...

Nazirlikdən tikinti şirkətlərinə XƏBƏRDARLIQ

Bakıda tikinti işləri aparkən ağacları məhv edən şirkətlərə xəbərdarlıq edilib. Sfera.az bildirir ki, bu barədə ekologiya və təbii sərvətlər nazirinin müa...

Qafqaz-İberoamerika Düşüncə Mərkəzi Nikaraqua televiziyasında - VİDEO

Nikaraquanın Dövlət Televiziya kanalı "TN8 - Globo tv" də Qafqaz-İberoamerika Düşüncə Mərkəzinə həsr olunan repotaj efirə gedib. Sfera.az bildirir ki, rep...

Vilyam Hacıyevin səhhəti ilə bağlı RƏSMİ CAVAB

Ədliyyə Nazirliyi İmişlinin həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin səhhəti il bağlı yayılan məlumatları təkzib edib. Nazirlikdən verilən məlumatd...