Baş nazir QƏRAR İMZALADI

Baş nazir QƏRAR İMZALADI
"Xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması Qaydası” təsdiqlənib.

Sfera.az-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Sənəddə qeyd edilib ki, bu qayda Vergi Məcəlləsinin 111.3-cü maddəsinə uyğun olaraq hazırlanıb və banklar və bank fəaliyyətinin ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatları tərəfindən xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması qaydasını müəyyən edir.

Banklar, bank olmayan kredit təşkilatları və kredit ittifaqları "Banklar haqqında”, "Bank olmayan kredit təşkilatları haqqında” və "Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun qaydada aktivlərin təsnifatından asılı olaraq xüsusi ehtiyatlarını maliyyə bazarları tənzimləyicisinin müəyyən etdiyi qaydaya uyğun yaradır.

Xüsusi ehtiyat fondlarına aid edilən məbləğlər vergitutma məqsədləri üçün bu Qaydaya uyğun olaraq gəlirdən çıxılır. Bank olmayan kredit təşkilatları tərəfindən qarşılıqlı surətdə asılı olan şəxslərə verilmiş kreditlər üzrə maliyyə bazarları tənzimləyicisi tərəfindən müəyyən edilmiş qaydaya uyğun yaradılan xüsusi ehtiyatların vergitutma məqsədləri üçün gəlirdən çıxılması 50 faiz həcmində məhdudlaşdırılır. Bank olmayan kredit təşkilatları tərəfindən digər hallarda verilən kreditlər üzrə yaradılan xüsusi ehtiyatlar vergitutma məqsədləri üçün tam həcmdə gəlirdən çıxılır.

Kredit ittifaqının üzvləri qarşılıqlı surətdə asılı olan şəxslər olduqda və onların kredit ittifaqının nizamnamə kapitalındakı paylarının həcmi 50 faizdən çox olduqda, həmin üzvlərə kredit ittifaqı tərəfindən verilmiş kreditlər üzrə maliyyə bazarları tənzimləyicisi tərəfindən müəyyən edilmiş qaydada yaradılan xüsusi ehtiyatların vergitutma məqsədləri üçün gəlirdən çıxılması 50 faiz həcmində məhdudlaşdırılır. Kredit ittifaqları tərəfindən digər hallarda verilən kreditlər üzrə yaradılan xüsusi ehtiyatlar vergitutma məqsədləri üçün tam həcmdə gəlirdən çıxılır.

Bu Qaydada istifadə olunan anlayışlar Azərbaycanın qüvvədə olan normativ və normativ xarakterli hüquqi aktları ilə müəyyən edilən mənaları ifadə edir.
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Vahid Ələkbərov “Lukoil”dakı payını artırdı

"Lukoil”in rəhbəri Vahid Ələkbərov şirkətdə 28,33%, onun strateji inkişaf üzrə vitse-prezidenti Leonid Fedun isə 9,32% paya sahibdir. Sfera.az xəbər verir...

Gürcüstanın Azərbaycana borcu AÇIQLANDI

Bu il oktyabrın 1-nə olan məlumata əsasən, Gürcüstanın Azərbaycana borcu 4,4 milyon ABŞ dolları təşkil edib. Sfera.az  xəbər verir ki, bu barədə Gürc...

Məşhur jurnalın üz qabığındakı sirr açıldı: Dünyanı ələ keçirəcəklər... - VİDEO

Yutubda fəaliyyət göstərən NYGMA kanalı məşhur "Ekonomist” jurnalının növbəti buraxılışının üz qabığındakı şifrələri açıb.   Sfera.az xəbər verir ki, kan...

Kapital Bank 2021-ci ilin üçüncü rübünün nəticələrini elan etdi

Kapital Bank-ın aktivləri 1 oktyabr 2021-ci il tarixinə 5,9 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 2,5 milyard manat olub. ...

Azərbaycanda əməkhaqlar və pensiyalar nə qədər artacaq? - AÇIQLAMA

"Həmişə illik infilyasiya tempi nəzərə alınır. İnfilyasiyanın vətəndaşların ailə büdcəsinə təsir etməməsi üçün tədbirlər həyata keçirilir". Sfera.az xəbər veri...

SOCAR da dəyişikliklərlə bağlı məlumat yaydı

"Azərbaycanda qazın satış tarifləri dövlət tərəfindən tənzimlənir. Burada qazın maya dəyəri, qazın alınmasına sərf edilən xərclər əsas götürülür”. Sfera.a...