Sabiq deputat vəfat etdi - FOTO

Sabiq deputat vəfat etdi - FOTO
Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, keçmiş deputat, məşhur "91-lər”dən olan Kərim Kərimov vəfat edib.

Sfera.az bildirir ki, bu barədə "Report"a mərhumun yaxınları məlumat verib.

K.Kərimov 85 yaşında dünyasını dəyişib. 

Qeyd edək ki, Kərim Hacıxan oğlu Kərimov 1936-cı il fevralın 18-də Qax rayonunun Qaxmuğal kəndində anadan olub.

Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix, dil-ədəbiyyat fakültəsini bitirib.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olub.

1995-ci il noyabrın 12-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə deputat seçilib. Milli Məclisin İnsan hüquqları komissiyasının üzvü olub.

3 övladı var.



OXŞAR XƏBƏRLƏR