Daha bir həkim koronavirusdan öldü - FOTO

Daha bir həkim koronavirusdan öldü - FOTO
Lənkəran Mərkəzi Xəstəxanasının həkim-otorinolarinqoloqu vəfat edib.

Sfera.az xəbər verir ki, həkim Şəlalə Əmənullayev 55 yaşında koronavirusdan  vəfat edib.

Qeyd edək ki, Şəlalə Əmənullayeva Yevlaxın Xaldan kəndində anadan olub. 1984-cü ildə Xaldan kənd orta məktəbini,1990-cı ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirib.1997-ci ildən otorinolarinqoloq işləyib. Burun, boğaz,qulaq xəstəlikləri üzrə geniş spektrli cərrahi əməliyyatlar aparıb. Lənkəran Tibb Kollecində "Cərrahi xəstəliklər otorinolarinqologiyanln əsasları ilə"  fənnini tədris edirdi. 

 Allah rəhmət etsin!

Lent.az
 

 

OXŞAR XƏBƏRLƏR