Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı
Azərbaycanda sentyabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 18-20° isti, gündüz 24-27° isti, Bakıda gecə 18-20° isti, gündüz 25-27° isti olacaq. Atmosfer təzyiqi  761 mm civə sütunu təşkil edəcək.  Nisbi rütubət  60-70  %, gündüz 40-45 %olacaq.

Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü  gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.  

Azərbaycanın rayonlarında: Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi  ehtimalı var. Gündüz yağış tədricən kəsiləcək, əksər rayonlarda əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-21° isti, gündüz 25-30° isti, dağlarda gecə 6-11° isti, gündüz 11-16° isti olacaq.
 

OXŞAR XƏBƏRLƏR