Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
10:55 / 16.09.2021
784
Ruslan Mirzəliyev Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) İdarə Heyətinin sədrinə müşavir təyin edilib.
Bu barədə Agentlikdən Sfera.az-a bildirilib.
Qeyd edilib ki, R.Mirzəliyev buna qədər DOST Agentliyinin Könüllülərlə iş şöbəsinin müdiri kimi çalışıb. Eyni zamanda o, "Yüksəliş” müsabiqəsinin qaliblərindəndir.
Qeyd edək ki, hazırda DOST-un İdarə Heyətinin sədri Fərid Məmmədovdur.