Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
Əməkdar artist Çiçək Rzayeva vəfat edib. 

Sfera.az  xəbər verir ki, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. 

Qeyd edək ki, Çiçək Rzayeva arfa musiqi alətində təkcə klassik deyil, xalq mahnılarımızın da mahir ifaçısı idi.

50 ildən çox bir müddətdə Azərbaycan Dövlət Simfonik Orkestrinin birinci arfa ifaçısı olub.  

2000-ci ildə Əməkdar artist fəxri adına layiq görülmüşdü. (qafqazinfo)

OXŞAR XƏBƏRLƏR