Ölkədə ictimai nəqliyyat iki gün işləməyəcək
00:17 / 31.07.2021
3679
Bu gündən avqustun 2-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.
Sfera.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 31 iyul saat 00:00-dan 2 avqust saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliteni fəaliyyət göstərməyəcək.