Hava şəraiti dəyişir - XƏBƏRDARLIQ
12:56 / 30.07.2021
789
Avqustun 1-də ölkə ərazisində hava şəraitinin qısamüddətə qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-ə verilən məlumata görə, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.