Prezident deputatı təltif etdi - SƏRƏNCAM
10:18 / 26.07.2021
2084
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Eldar Allahyar oğlu Quliyev "Şərəf” ordeni ilə təltif edilib.
Sfera.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, iyulun 26-da deputat Eldar Quliyevin 70 yaşı tamam olur.