No Image
No Image

Əhaliyə xəbərdarlıq edildi: Sabah bu ərazilərdə...

Əhaliyə xəbərdarlıq edildi: Sabah bu ərazilərdə...
İyulun 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir.
 
Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, sabah cənub küləyi əsəcək. Havanın temperaturu gecə 24-27° isti, gündüz 35-40° isti olacaq. Bakıda gecə 25-27° isti, gündüz 37-39° isti olacaq.
 
Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraitinə əsasən, cənub küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 27-28° isti, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 28-29° isti olacaq.
 
Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 21-də Abşeron yarımadasında havanın maksimal temperaturunun 38-40°-dək yüksələcəyi, zəif küləklərin üstünlüyü gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.
 
Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-28° isti, gündüz 35-40°, bəzi yerlərdə 42-44° isti, dağlarda gecə 15-20° isti, gündüz 30-35° isti olacaq.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycana dəhşətli istilər gəlir - Nə etməli?

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlərdə ölkə ərazisində havanın temperaturunun daha da yüksələcəyi, bəzi yerlərdə temperaturun 42-43...

Azərbaycanda Ermənistanın daha bir hərbçisinin meyiti tapıldı

Azərbaycanın Füzuli rayonu ərazisində Ermənistan ordusunun bir hərbçisinin meyiti tapılaraq təxliyə edilib. Sfera.az xəbər verir ki, məlumatı "Aysor” yayı...

Azərbaycan yanğınsöndürənləri Marmarisdə 3 istiqamətdə yanğını söndürür - Nazir müavini AÇIQLADI

"Bu gün səhər saatlarında Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyinin idarəetmə mərkəzindən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 3 istiqamətə ...

Nöqsanlara görə işdən çıxarılan rəisin yerinə TƏYİNAT

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub. Sfera.az-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzal...

Müdafiə Nazirliyi açıqlama yaydı

"Azərbaycan Ordusuna məxsus pilotsuz uçuş aparatının guya Ermənistan ərazisinə keçməsinin qarşısını alınması barədə yayılan məlumat qarşı tərəfin növbəti yalanı...

Deputat Cavanşir Feyziyevin “Türk Dövlətləri Birliyi” kitabı özbək dilində çap olundu

Azərbaycan Milli Məclisinin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin həmsədri Cavanşir Feyziyevin "Türk Dövlətləri Birliyi” kitabı...