Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 12-də 76,05 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,72 dollar/barel azdır.

Bu barədə Sfera.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 75,38 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,71 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 72,13 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,47 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 76,27 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,74 dollar/barel azdır.

OXŞAR XƏBƏRLƏR