Türkiyədə koronavirusla bağlı son vəziyyət
21:35 / 03.05.2021
2278
Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.
Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu gün 347 nəfər koronavirusdan ölüb.
Gün ərzində 243 min 648 COVID-19 testi aparılıb ki, bunun da 24 min 733-ü müsbət çıxıb.
Ağır xəstə sayı 3 min 438-dir.
35 min 438 nəfər koronavirusdan sağalıb. Bununla sağalanların ümumi sayı 4 milyon 515 min 819-a çatıb.