FED dollarla bağlı qərar verdi
İqtisadiyyat
22:44 / 28.04.2021
2692
ABŞ-ın Mərkəzi Bankı funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) növbəti dəfə uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlayıb.
Sfera.az xəbər verir ki, bu barədə nizamlayıcının rəhbərliyinin iclasının nəticəsinə dair məlumatda bildirilir.
Açıq bazar əməliyyatları üzrə komitə federal fondlar faiz nisbətini 0-0,25% səviyyəsində saxlamağa qərar verib və hesab edib ki, əmək bazarındakı şərtlər təxminlərə uyğun səviyyəyə çatana qədər bu aralığın qorunması məqsədəuyğundur.
Xatırladaq ki, Federal Ehtiyat Sistemi 2021-ci ildəki ikinci iclasında - martda da uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlayıb. Qərar bir sıra mütəxəssislərin proqnozları ilə üst-üstə düşür. Bəzi ekspertlər FED-in uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlayacağını proqnozlaşdırırdılar.