Peyvənd olunanların sayı açıqlandı
17:07 / 28.04.2021
1689
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 15 871 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6711, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9160 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 456 114, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 953 545, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 502 569 təşkil edir.