No Image
No Image

Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə koronavirusla bağlı son vəziyyət
Türkiyədə son sutkada 62 606 nəfərin koronavirus (COVID-19) testi pozitiv nəticə verib. İndiyədək 4 212 645 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb.

Sfera.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi açıqlama yayıb.
 
Gündəlik statistikaya əsasən, son 24 saatda 288 nəfər COVID-19-dan dünyasını dəyişib. Bu infeksiyadan ölənlərin ümumi sayı 35 608 nəfərdir.

Hazırda ölkə üzrə 533 303 aktiv koronavirus daşıyıcısı var ki, onlardan 3240 koronaviruslu xəstənin vəziyyəti ağırdır.

Türkiyədə indiyədək 3 643 734 nəfər (son sutkada 52 184 nəfər) müalicə olunaraq sağalıb.
 

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR