Erməni general öldü
16:01 / 15.04.2021
1073
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Dövlət Mühafizə Xidmətinin keçmiş rəisi general-leytenant Qraç Arutyunyan 65 yaşında ürək tutmasından ölüb.
Sfera.az "NEWS.am”a istinadən xəbər verir ki, məlumatı onun ailəsi yayıb.
Keçmiş rəislə vida mərasimi aprelin 16-da Yerevandakı Surb Astvasasin kilsəsində keçiriləcək. Dəfn aprelin 17-də olacaq.