Türkiyədə koronavirusla bağlı son vəziyyət
23:14 / 10.04.2021
2233
Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.
Sfera.az xəbər verir ki, bu gün 248 nəfər pandemiyanın qurbanı olub.
Gün ərzində 302 min 735 koronavirus testi aparılıb, onlardan 52 min 676-sı müsbət çıxıb.
Ağır xəstə sayı 2 min 739-dur.
32 min 539 nəfərin koronavirus müalicəsi tamamlanıb və onlar sağalıblar. Bununla sağalanların ümumi sayı 3 milyon 301 min 217-yə yüksəlib.