Gürcüstanda matəm elan edildi

Gürcüstanda matəm elan edildi
Aprelin 10-da Gürcüstanda bütün dövlət qurumlarında dövlət bayraqları endirilib.

Sfera.az xəbər verir ki, bu aprelin 7-də Abxaziyanın Qali rayonundan olan 4 Gürcüstan vətəndaşının İnquri çayında faciəli şəkildə ölümü ilə bağlı olub. Belə ki, hadisə ilə əlaqədar olaraq aprelin 10-da ölkədə matəm günü elan olunub.

Xatırladaq ki, həlak olan şəxslər Abxaziyadan Gürcüstanın nəzarətindəki əraziyə İnquri çayı vasitəsilə keçməyə cəhd edərkən boğulublar.

OXŞAR XƏBƏRLƏR