Prezident Sərəncam İmzaladı

Prezident Sərəncam İmzaladı
Prezident İlham Əliyev "Qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında" sərəncam imzalayıb.

Sfera.az  xəbər verir ki, sərəncama əsasən, Nazirlər Kabineti qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikintisi ilə əlaqədar "İnvestisiya müqaviləsi”nin, "Enerji alqı-satqı müqaviləsi”nin, "Ötürücü şəbəkəyə qoşulma müqaviləsi”nin, "Torpaq icarə müqaviləsi”nin, "Birbaşa razılaşma”ların və "Müstəqil mühəndis müqaviləsi”nin imzalanması ilə bağlı zəruri tədbirlər görməlidir.

Nazirlər Kabineti Azərbaycan Respublikasının Hökuməti adından imzalanmış müvafiq müqavilələri təsdiq üçün Azərbaycan Prezidentinə təqdim etməli və Maliyyə Nazirliyi, Energetika Nazirliyi və "Azərenerji” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə bu Sərəncamın 1-ci bəndində göstərilən "İnvestisiya müqaviləsi”ndə və "Enerji alqı-satqı müqaviləsi”ndə nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi üçün zəruri tədbirlər görülməsini təmin etməlidir.

Həmçinin Nazirlər Kabineti aidiyyəti qurumlarla birlikdə pilot layihənin həyata keçirildiyi ərazilərdə zəruri xarici və daxili infrastrukturun təkmilləşdirilməsi, günəş elektrik stansiyasının bu Sərəncamın 1-ci bəndində göstərilən "Enerji alqı-satqı müqaviləsi”nə və "Ötürücü şəbəkəyə qoşulma müqaviləsi”nə uyğun olaraq, nəzərdə tutulan vaxtda və parametrlərlə ötürücü şəbəkəyə qoşulması, eyni zamanda, layihənin vaxtlı-vaxtında yerinə yetirilməsini təmin etmək üçün tələb olunan digər inzibati və texniki məsələlərin icrası istiqamətində müvafiq tədbirlər görülməsini təmin etməlidir.

Bundan əlavə, Bakı şəhərinin və Abşeron rayonunun inzibati ərazilərində qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikiləcəyi ərazilər üzrə dövlət torpaqlarının icarəyə vermək hüququ ilə Azərbaycan Respublikası Energetika Nazirliyinin daimi istifadəsinə verilməsi üçün müvafiq tədbirlər görülməsini təmin etməli və sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam şəhərində olublar.   Sfera.az xəbər verir k...

Azərbaycan UKEF ilə əməkdaşlığın mümkün istiqamətlərini MÜZAKİRƏ ETDİ

Azərbaycan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının “UK Export Finance” (UKEF) ilə əməkdaşlığın mümkün istiqamətlərini müzakirə edi...

Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası KEÇİRİLİR

Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası başlayıb.   Sfera.az xəbər verir ki, Milli Məclisdə keç...

Baş nazir Səbuhi Məmmədov vəzifəsindən AZAD EDİLDİ - FOTO

Naxçıvan Muxtar Respublikasının baş naziri vəzifədən azad olunub. Sfera.az xəbər verir ki, Naxçıvan Ali Məclisinin qərarı ilə MR baş naziri Səbuhi Məm...

Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalandı - FOTO

Ölkənin aparıcı banklarından olan Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Yelo Bank-ın Baş ofis...

“ATACMS”ların Ukraynaya verilməsi Rusiyanı təhlükə altında qoyur" - Antonov 

“ABŞ-nin “ATACMS” raketlərinin Ukraynaya verilməsinə haqq qazandırmaq olmaz, çünki bu, Krım və Rusiyanın digər regionları üçün təhlükəsizlik t...