SMS-icazə belə tətbiq olunacaq - Təklif verildi

SMS-icazə belə tətbiq olunacaq - Təklif verildi
Mütəxəssislər bildirirlər ki, ölkədə pandemiya ilə əlaqədar SMS-icazə sistemi yenidən tətbiq edilərsə, vaksin vurduran şəxslər ondan azad edilməli və onların sərbəst hərəkətinə imkan yaradılmalıdır.

Sfera.az xəbər verir ki, məsələ ilə bağlı axar.az-a açıqlama verən tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə bildirib ki, belə bir qərar qəbul edilərsə, bu, peyvənd vurulmayan digər qruplar arasında haqlı narazılığa səbəb ola bilər:

"SMS-icazə ilə bağlı hələlik rəsmi qərar yoxdur. Əgər ölkədə belə bir qərar olarsa və peyvənd vurulan şəxslərə tətbiq edilərsə, bu, əhali arasında müəyyən narazılıqlar və aqressiya doğura bilər. Çünki vaksinasiya prosesi könüllü aparılır və ölkəyə gətirilən vaksin sayı da müəyyən risk qrupu üçün nəzərdə tutulub. Onlar vaksin olunmaq istədiklərini, lakin növbəsi çatmadığı üçün bunun baş tuta bilmədiyini qeyd edərək etiraz edə bilərlər. Əgər ölkədə vaksinasiya prosesi bütün yaş qrupları üçün aparılsaydı və bəziləri bu prosesdən kənarda qalmaq istəsəydi, deyə bilərdik ki, SMS icazə yalnız onlar üçün tətbiq edilsin”.

Ekspert onu da qeyd edib ki, SMS-icazə sistemi tətbiq olunarsa, yalnız virusa yoluxub sağalanlar ondan azad oluna bilər:

"Virusa yoluxan şəxslər vaksinasiyadan da kənarda qalırlar. SMS-icazə sistemi tətbiq olunarsa, 6 ay ərzində virusa yoluxub sağalanlar bu qadağadan kənarda qalmalıdır”.

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev: "Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb"

Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb.   Sfera.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prez...

Azərbaycan Qırğızıstanın dövlət xidmətləri mərkəzlərini təkmilləşdirəcək

Azərbaycanın Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Qırğızıstanın Rəqəmsal İnkişaf Nazirliyi arasında bu ölkədə...

İlham Əliyev: "Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur"

Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İl...

Azərbaycan Qırğızıstanla energetika əməkdaşlığına dair Anlaşma Memorandumu İMZALADI

Azərbaycan Energetika Nazirliyi ilə Qırğızıstan Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.   ...

ABŞ-nin bir qrup konqresmen köməkçisi Azərbaycana GƏLDİ

Milli Məclisin (MM) Amerika Birləşmiş Ştatları ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Azərbaycanda səfərdə olan ABŞ Konqresi üzvlərinin bir q...

Baş Prokurorluq sabiq baş pediatrın intiharı ilə bağlı MƏLUMAT YAYDI

Respublikanın sabiq baş pediatrı, Tibb elmləri doktoru, professor Nəsib Quliyev intihar edib.   Sfera.az bildirir ki, bu barədə Azərbaycan Respublik...