Qarabağda daha 3 erməninin meyiti tapıldı

Qarabağda daha 3 erməninin meyiti tapıldı
Qarabağda daha 3 erməni hərbçisinin meyiti tapılıb.

Sfera.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Bildirilib ki, meyitlər Xocavənd rayonu ərazisində tapılıb. Bu gün Füzuli istiqamətində aparılan axtarışlar isə heç bir nəticə verməyib.

Axtarışlar martın 17-də Hadrut istiqamətində aparılacaq.

Qeyd edək ki, bununla da 2020-ci il 14 noyabrdan bəri Qarabağdakı döyüş meydanlarında tapılan erməni əsgər meyitlərinin sayı 1502-yə çatıb.

OXŞAR XƏBƏRLƏR