Türkiyədə koronavirusla bağlı son vəziyyət
Dünya
00:14 / 05.03.2021
1543
Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.
Sfera.az Türkiyə mediasına istinadın xəbər verir ki, sutka ərzində 68 nəfər pandemiyanın qurbanı olub.
Gün ərzində 137 min 885 COVID-19 testi aparılıb, onlardan 11 min 322-si müsbət çıxıb.
7 min 873 nəfərin koronavirus müalicəsi tamamlanıb və onlar sağalıb. Bununla sağalanların sayı 2 milyon 601 min 137-yə yüksəlib.
Ümumilikdə ağır xəstə sayı 1220-dir. Test sayı 33 milyon 716 min 746, yoluxma sayı 2 milyon 746 min 158, ölənlərin sayı 28 min 839 təşkil edir.