Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var
23:19 / 03.03.2021
1400
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb.
Belə ki, Heydər Əliyev prospektində iki avtomobilin toqquşması nəticəsində 1986-cı il təvəllüdlü Səlimov Elman Vahid oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona başın yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.