No Image
No Image

Vilyam Hacıyevin həbs müddəti uzadıldı

Vilyam Hacıyevin həbs müddəti uzadıldı
İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb.

Sfera.az Report-a istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Şəhla Abdullayevanın sədrlik etdiyi iclasda qərar elan edilib.

Qərara əsasən, V. Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.

Qeyd edək ki, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirilməsini, eləcə də ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsənilən pul vəsaitlərini sahibliyində olan yaşayış evində qəbul etdiyinə əsaslı şübhələr müəyyən olunub.

2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilmişdir. Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

İstintaq araşdırmaları zamanı, sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzillərin Vilyam Hacıyev tərəfindən rüşvət müqabilində qanunazidd verilməsinə əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda, işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Vilyam Hacıyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib.

Həmçinin Vilyam Hacıyevin rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Vilyam Hacıyevin tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair məlumatlar əldə edilib.

İstintaq orqanı tərəfindən Vilyam Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Vilayət Eyvazov yüksək rütbəli polis zabitini İŞDƏN QOVDU

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov polis polkovnik-leytenantını xidmətdən qovub. Sfera.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, naz...

Müstəntiqin rüşvət istəməsi iddiası ilə bağlı DİN-dən AÇIQLAMA

Daxili İşlər Nazirliyi vətəndaş Elnarə Şıxaliyevanın övladı Röyal Nuraliyevin ittiham olunduğu cinayət işi üzrə müstəntiqə 5 min manat rüşvət vermədikləri üç...

Saxta vaksin sənədi bu xəstəxanalarda verilirmiş: 12 nəfər işdən çıxarıldı - RƏSMİ

Son zamanlar müxtəlif kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə koronavirus əleyhinə peyvəndin vurulması ilə bağlı vətəndaşların saxta sənəd əldə ...

DSX əməliyyat keçirdi: Tutulanlar var

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının sayıqlığı nəticəsində narkotik vasitələrə bənzər maddələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycana ...

İstanbuldakı insidentdə adam öldürən Kor Hüseyn kimdir?

Martın 31-də İstanbulun Başakşəhər rayonunda biri Azərbaycan vətəndaşı olmaqla iki nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən qanlı "razborka”hələ də ...

Keçmiş aparat rəhbəri HƏBS EDİLDİ

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş aparat rəhbəri Rasim Quliyev həbs edilib.   Sfera.az bildirir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, R.Qu...