“Ərin yaxında öləcək, heç ümidin qalmasın” – Kıvancın xanımını şoka salan MESAJ
Maqazin
16:34 / 08.02.2021
1397
Məşhur türkiyəli aktyor Kıvanç Tatlıtuğ və həyat yoldaşı Başak Dizer çətin günlər keçirir.
Sfera.az xəbər verir ki, cütlük bir müddətdir onları ölümlə hədələyən və buna görə məhkəmə tərəfindən xəbərdarlıq əmri alan Sinan Altıntaş adlı şəxsin həbs edilməsini tələb ediblər.
Kıvançla Başak Altıntaş tərəfindən yenidən ölümlə təhdid edildikləri üçün bir daha məhkəməyə müraciət edib. Onların ərizəsində qeyd olunub ki, Altıntaş Başaka "ərin yaxında öləcək, heç ümidin qalmasın”, tipli mesajlar göndərib. Lakin mesajın Altıntaş tərəfindən göndərilmədiyi müəyyən edildiyi üçün məhkəmə onun həbsi ilə bağlı tələbi rədd edib.
Qeyd edək ki, ötən aylarda Sinan Altıntaş Başak Dizerin işlətdiyi restorana hücum edərək onu ölümlə təhdid edib. Bu hadisədən sonra məhkəmə onu cütlüyə qarşı hər hansı bir təhdid edici söz və davranış etməyəcəyi, eyni zamanda evlərinə yaxınlaşmaması şərti ilə sərbəst buraxıb.
Jalə Mehdi
Sfera.az