DİN əməliyyat keçirdi – Saxlanılanlar var

DİN əməliyyat keçirdi – Saxlanılanlar var
Daxili İşlər Nazirliyi (DİN) əməkdaşları əməliyyat keçirib, külli miqdarda narkotik vasitə aşkarlanıb.

DİN-in Mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş K.Kazımov Qaradağ rayonu ərazisində saxlanılıb.
Şəxsi axtarış zamanı ondan metamfetamin və heroin aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun idarə etdiyi "Mercedes” markalı avtomobilə baxış zamanı oradan 1 kiloqram 529 qrama yaxın heroin və 241 qramdan artıq metamfetamin götürülüb.

Bundan başqa, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş E.Hüseynov Suraxanı rayonu ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 1 kiloqramdan artıq heroin, 495 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri O.İsabəyliyev və əvvəllər məhkum olunmuş V.Əliyev Sabunçu rayonu ərazisində saxlanılıblar.

Şəxsi axtarış zamanı onlardan ümumilikdə 5 kiloqram 510 qram heroin aşkar edilərək götürülüb.

Həmçinin Yevlax Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş M.Qarayev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan metamfetamin, yaşadığı evə baxış zamanı oradan 1 kiloqrama yaxın marixuana, 295 qramdan artıq tiryək və 94 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.

OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti MÜZAKİRƏ ETDİ

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mus...

Bu xəbər neft və qızılı BAHALAŞDIRDI

ABŞ mediasında İsrailin İrana qarşı hücum təşkil etdiyi barədə xəbərlərin yayılması birjalarda qızıl və neft qiymətlərinə təsir edib.  Sfera.az xatırl...

"Beşiktaş" Qurban Qurbanovla bağlı xəbəri TƏSDİQLƏDİ: "Qəti qərar..."

"Beşiktaş" "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla maraqlandıqlarına dair xəbərlərə münasibət bildirib.   Sfera.az Qol.az-a is...

Sülh yolu ilə yola salınan SÜLHMƏRAMLILAR: Rəsmi Bakının növbəti diplomatik uğuru!

Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması tarixi hadisədir desək, yəqin yanılmarıq. Bu, həm xalqın, həm də ölkə başçısı,...

107 yaşlı kişi uzunömürlülüyün SİRRİNİ AÇIQLADI 

Böyük Britaniyanın 107 yaşlı sakini növbəti ad gününü qeyd edib və uzun ömür sürməyin sadə sirrini açıqlayıb.  Sfera.az xəbər verir ki, bu barədə...

Lalə Azərtaşın verilişi bu tarixdə BAĞLANACAQ

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq.   Sfera.az bildirir...