Əli Əsədov müşavirə keçirdi

Əli Əsədov müşavirə keçirdi
Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetinin müşavirəsində Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısı tərəfindən verilən tapşırıqların icrası və qarşıda duran vəzifələr müzakirə olunub.

Nazirlər Kabinetindən Sfera.az-a bildirilib ki, Baş nazir Əli Əsədov 2020-ci ilin əsas hadisəsi kimi xalqımızın Vətən müharibəsindəki qələbəsini vurğulayıb, gündəlikdə duran məsələlər - ötən ilin yekunları, makroiqtisadi göstəricilər, islahatların gedişi, qeyri-neft sektorundakı vəziyyət, pandemiyanın yaratdığı problemlər və onların aradan qaldırılması haqda çıxış edib.

Müşavirədə Maliyyə naziri Samir Şərifov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, ƏƏSMN Sahil Babayev, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev məruzə ediblər.

Yekun çıxışında Baş nazir Əli Əsədov qeyd edib ki, Prezidentin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilər üzrə Strateji Fəaliyyət Planı hazırlanır və bütün ərazilərin və şəhərlərin bərpası vahid konsepsiya əsasında həyata keçiriləcəkdir.

Baş nazir Azərbaycan Respublikası Prezidentinin tapşırıqları əsasında növbəti il üçün müəyyənləşdirilmiş prioritetləri səsləndirib:

İşğaldan azad edilmiş ərazilərin bərpası zamanı hər bir iqtisadi rayonun təbii-iqlim şəraiti və profili nəzərə alınmalıdır;

Qarabağ bölgəsinin turizm marşrutlarının işlənib hazırlanmasına başlanılmalıdır;

Nəzərdə tutulmuş beynəlxalq hava limanlarının, yeni dəmir yolu xətlərinin tikintisi bölgənin inkişafına əhəmiyyətli təkan verəcəkdir və o cümlədən məşğulluq məsələlərinə də xidmət edəcək;

İşğaldan azad olunan ərazilərdə heyvandarlıq, bağçılıq, tərəvəzçilik, üzümçülük və taxılçılıq sahələri inkişaf etdirilməlidir;

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə torpaq islahatının aparılması üçün yeni mexanizm və meyarlar işlənib hazırlanmalıdır;

Ölkə səviyyəsində su ehtiyatları ilə bağlı problemləri həll etməklə yanaşı, işğaldan azad edilmiş torpaqların su ehtiyatlarından səmərəli istifadə məsələlərinə xüsusi diqqət yetirilməlidir. Azad edilmiş torpaqlarda ən müasir suvarma sistemləri yaradılmalıdır;

Azad edilmiş ərazilərin yaşıl enerji zonasına çevrilməsi, həmin ərazilərdə su mənbələrindən istifadə edilərək su elektrik stansiyalarının tikintisi imkanları da nəzərdən keçirilməlidir;

İşğaldan azad olunmuş ərazilərin bərpası məsələləri dövlət orqanlarının dövlət siyasətinin müxtəlif istiqamətləri üzrə fəaliyyətində prioritet təşkil etməli, cari və perspektiv işlər Böyük Qayıdış planları ilə əlaqələndirilməlidir;

Keçmiş köçkün əhalimiz öz dəbə-baba yurdlarına qaytarılmalıdır. Bu proses xüsusi proqram əsasında həyata keçirilməlidir;

Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi ilə həyata keçirilən antikorrupsiya tədbirləri ardıcıl şəkildə davam etdirilməli və bütün dövlət qurumlarını əhatə etməlidir;

Mərkəzi icra hakimiyyəti orqanlarının Hökumətə təqdim etdiyi təkliflərin hər birində antikorrupsiya mexanizmləri və elementləri nəzərdə tutulmalı, sui-istifadə hallarına qətiyyən yol verilməməlidir;

Cari ildə iqtisadi artımın bərpa edilməsinə nail olmalıyıq;

İnflyasiya meyllərinin qarşısı alınmalıdır;

Valyuta ehtiyatları səmərəli idarə edilməlidir;

Dövlət vəsaitlərindən səmərəli istifadə olunması üçün maliyyə inzibatçılığının keyfiyyəti yüksəldilməli, maliyyə intizamı gücləndirilməli, nəzarət mexanizmləri sistemi təkmilləşdirilməlidir;

Fiskal dayanıqlığın təmin edilməsi davamlı olaraq büdcə xərclərinin optimallaşdırılmasını, qənaət rejiminin tətbiq olunmasını, artıq və səmərəsiz xərclərin qarşısının alınmasını tələb edir;

Dövlət satınalmalarının şəffaflığı və effektivliyi təmin edilməlidir. Şişirdilmiş qiymətlərlə satınalmaların qarşısı qətiyyətlə alınmalıdır. Tenderlərin keçirilməsinə xüsusi önəm verilməlidir.

Özəl sektoru investisiya layihələrinin maliyyələşdirilməsinə cəlb etməliyik;

Dövlət-özəl tərəfdaşlığının təşviqi davam etdirilməlidir;

Prioritet sahələrə özəl investisiyaların cəlb edilməsi stimullaşdırılmalıdır;

Dövlət investisiya layihələrinin səmərəliliyi təhlil edilməlidir;

Antiinhisar siyasəti gücləndirilməli, haqsız rəqabətə, xüsusilə də istehlak bazarında süni qiymət artımına yol verilməməlidir;

Kiçik və orta sahibkarlığa dəstək proqramı davam etdirilməlidir;

İxrac imkanlarımız genişləndirilməlidir;

Keçən il start verilmiş lakin məlum səbəblərdən tam həcmdə tətbiq edilməmiş İcbari Tibbi Sığorta sistemi bu il 2 mərhələdə həyata keçirilməlidir;

Post-pandemiya dövrünə ciddi hazırlıq işləri görülməli, orta və uzunmüddətli hədəflərimizi bir daha dəqiqləşdirməliyik. Artıq bununla bağlı Prezident İlham Əliyev tərəfindən Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilmişdir.

Azərbaycan Respublikası Prezidenti tərəfindən 2021-ci il Nizami Gəncəvi ili elan olunduğu üçün mədəniyyət nazirliyinə müvafiq Fəaliyyət Planı hazırlanması tapşırıldı.

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...