Könül Nurullayeva qəbul keçirdi - FOTOLAR

Könül Nurullayeva qəbul keçirdi - FOTOLAR

 

Milli Məclisin deputatı Könül Nurullayeva növbəti qəbul keçirib. 
 
Sfera.az xəbər verir ki, deputatın bu dəfəki qəbulu canlı şəkildə baş tutub. 

 

"Əziz həmvətənlərim,

 

Bakı şəhəri Nizami rayonu, eyni zamanda digər rayonlardan Deputat Qərargahıma daxil olan müraciətləriniz əsasında növbəti qəbulumuzu reallaşdırdıq.

 

Sərtləşdirilmiş karantin qaydalarına uyğun olaraq onlayn formatda baş tutan əvvəlki qəbullarımızdan fərqli olaraq, bugünki qəbulumuz canlı şəkildə həyata keçirildi.

 

Həftə ərzində, onlarla sakinin birbaşa, telefon və sosial şəbəkələr üzərindən müraciətlərinə baxdıq, onlardan bəzilərini canlı görüşümüz zamanı dinlədik. Daxil olan və dinlənilən müraciətlərin böyük bir qismi məşğulluq, sosial yardım və təminat mövzularını əhatə etmişdir. Qeyd edilən müraciətləri müvafiq qurumlara təqdim etmək məqsədilə nəzarətə götürdük", - deyə K. Nurullayeva bildirib.

 

Deputatın növbəti görüşü üçün aşağıda nömrələrlə əlaqə yaradaraq qeydiyyatdan keçmək mümkündür:


012 422 22 41

055 276 23 75

 


OXŞAR XƏBƏRLƏR