No Image
No Image

Postlardan geri qaytarılan avtomobillərin sayı açıqlandı

Postlardan geri qaytarılan avtomobillərin sayı açıqlandı
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi 5 şəhərin və 12 rayonda quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin (DİN) hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.

Bu barədə Sfera.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, yanvarın 13-də nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 1 784 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb. Eləcə də ölkə üzrə karantin rejimi qaydalarını pozan 3 nəfər barəsində inzibati həbs, 2 815 nəfər barəsində digər inzibati tənbeh tədbirləri tətbiq olunub.

"Vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, karantin rejimi qaydalarına riayət etmələrini xahiş edirik", - Mətbuat xidmətindən bildirilib.
Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Vətən müharibəsindən sonra yenə qanunsuz səfərlər olur - XİN siyahını yenilədi

Xarici İşlər Nazirliyi Qarabağa qanunsuz səfər edən şəxslərin siyahısını yeniləyib. Sfera.az-ın məlumatına əsasən, siyahıya ümumilikdə 1 040 nəfər daxildi...

Səmədov və Mahmudov nöqsanlara görə İŞDƏN ÇIXARILDI

AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov və ümumi işlər üzrə direktor müavini Hökmən Mahmudov işlərində yol ver...

Lavrov Qarabağdakı sülhməramlılara status istəyir - Tələ yoxsa...?

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Qarabağdakı sülhməramlıların statusunun dəqiqləşdirilməsi istiqamətində iş aparıldığını söyləyib. "Yeni Müsavat”ın xəbə...

Əli Abbasova AMEA-da yeni vəzifə verildi

Məlum olduğu kimi, ötən gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. Sfera.az xəbər verir ki, AMEA-nın prezidenti R...

Ermənistan Qarabağ müharibəsində iştirak edən əsgərlərinə pul vermədi

İkinci Qarabağ müharibəsində iştirak etmiş ermənilər hökumət tərəfindən onlara verilməli olan pulun bu günə kimi ödənilməməsindən şikayətlənirlər. Bu barə...

Azərbaycanda tanınmış iş adamı vəfat etdi

Tanınmış iş adamı, "Taimex” şirkətinin və "Ağsu” araq zavodunun sahibi Tahir Yusifov koronavirusdan vəfat edib.  Sfera.az bildirir ki, bu barədə "Qaf...