No Image

2021-ci yanvarın 1-dək... - QƏRAR

2021-ci yanvarın 1-dək... - QƏRAR
Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində koronavirus (COVID-19) pandemiyasının mənfi təsir etdiyi sahələr üzrə fəaliyyət göstərən hüquqi şəxslərə və fərdi sahibkarlara münasibətdə bu Əsasnaməyə uyğun müəyyən edilmiş icarə haqları 2020-ci il 1 aprel tarixindən 2021-ci il 1 yanvar tarixinədək hesablanmayacaq.

SaqlamHeyat.az Pravda.az-ın məlumatına görə bildirir ki, bu, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş "Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyekt- lərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”yə edilən müvafiq dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, torpaq sahələrinin icarəyə verilməsi şərtləri və müddəti icarəyə verənlə icarəçi arasında bağlanmış müqavilə əsasında müəyyən edilir. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin illik icarə haqqı Bakı şəhəri üzrə torpağın bazar dəyərinin 3 faizi həcmində müəyyən edilir. Respublikanın digər şəhər və rayonlarında icarə haqqı torpağın bazar dəyərinin 2 faizi həcmində müəyyən edilir.

Qərara əsasən, İqtisadiyyat Nazirliyinə Azərbaycan Respublikasının ərazisində koronavirus (COVID-19) pandemiyasının mənfi təsiri nəticəsində zərər çəkmiş sahibkarlıq subyektlərinin (o cümlədən, sənaye məhəllələrinin iştirakçılarının) siyahısını müəyyən edərək bu Qərarın icrasını təmin etmək və güzəşt nəticəsində yaranan fərqin dövlət büdcəsində nəzərə alınması üçün zəruri məlumatların Maliyyə Nazirliyinə təqdim olunmasını təmin etmək tapşırılıb.

OXŞAR XƏBƏRLƏR

"Azərbaycan artan təxribatlara son qoyacaq"

  "Prezident İlham Əliyev öz çıxışında Paşinyanın sərsəm danışıqlarına getməkdənsə, öz gücümüzə arxalanıb torpaqlarımızı geri qaytarmalı olduğumuzu vurğul...

Prezidentdən daha bir SƏRƏNCAM

  "Birləşmiş Millətlər Təşkilatının "Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında Bazel Konvensiyası"ndan ir...

Türkiyə PUA-ları Ermənistan sərhədində - FOTO

  Türkiyəyə məxsus pilotsuz uçuş aparatları Ermənistanla sərhəd boyu uçuşlara başlayıb. Sfera.az  real uçuşları qeydə alan flightradar24.com sa...

Millət vəkili Nizami rayon sakinləri ilə görüşləri davam etdirir - FOTOLAR

  Milli Məclisin deputatı Könül Nurullayeva seçicilərlə görüşləri davam etdirir. Növbəti görüş Nizami rayonu Rüstəmov 76, E. Süleymanov 112, 114, 116, 118...

“İnformasiya müharibəsinin hədəfi depressiya və ümidsizlik yaratmaqdır” – Çağırış

 "Bildiyiniz kimi, bu gün gecə saatlarından başlayaraq, düşmən yeni təxribatlara əl atıb və vəziyyəti gərginləşdirib. Şəhidimiz var! Heç şübhəsiz ki, Vətən...

Qarabağda antiterror əməliyyatları - "Mənasız danışıqlar bitdi!"

  "Azərbaycan regionda müharibənin başlamasına hər zaman qarşı olub. Lakin Ermənistan tərəfi hər bir yolla bölgədəki vəziyyəti qarışdırmağa, işğal si...