No Image
No Image

“2021-ci il də artıq qələbələrlə başlayır”

“2021-ci il də artıq qələbələrlə başlayır”
"İlin əvvəlində məhz buraya gəlməyim təsadüfi deyil. Yəni, 2021-ci il də artıq qələbələrlə başlayır. Əlbəttə ki, mənim bölgələrə ilk səfərim, hamımız üçün doğma Şuşa şəhərinə olub. Bu da mətbuatda kifayət qədər işıqlandırılıb”.

Sfera.az  xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıtda təməlqoyma mərasimindən sonra Azərbaycan Televiziyasına verdiyi müsahibədə deyib.

Dövlət başçısı bildirib ki, ikinci səfəri məhz Sumqayıta olub: "Son 17 il ərzində mən Sumqayıtda bəlkə də 30 dəfə olmuşam. Hər dəfə burada olanda, həm sənaye müəssisələrinin işə düşməsi, eyni zamanda, şəhərsalma ilə bağlı görülən işlər, insanları narahat edən problemlərin həlli daim diqqət mərkəzində olur. Bu gün Sumqayıt həm memarlıq, həm də ekoloji baxımdan gözəl şəhərdir, havası təmizdir, gözəl bulvarı var və iş yerləri də yaradılır. Bax, bu 3 müəssisədə 350-dən çox iş yeri yaradılıb və burada işləyənlərin əksəriyyəti yerli sakinlər olacaq.

Biz bu müəssisələri yaratmaqla həm bu günün məsələlərini həll edirik, həm də gələcək məsələləri. Nə üçün Azərbaycanda bizə lazım olan bütün istehsalat sahələri yaradılmasın? Sadəcə olaraq, həm xarici, həm də yerli investorların ölkəmizin gələcəyinə inamı olmalıdır, bu da həmişə olub, bu gün də var. Gözəl investisiya iqlimi olmalıdır. Dünya Bankının "Doing Business” hesabatında biz 10 ən islahatçı ölkə sırasındayıq və dünya miqyasında 28-ci yerdəyik. Sabitlik olmalıdır, xalq-iqtidar birliyi olmalıdır, əmin-amanlıq olmalıdır, təhlükəsizlik olmalıdır və buna da biz nail olmuşuq. Artıq müharibə də başa çatıb, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qalıb. Ona görə mən tam əminəm ki, bugünkü Azərbaycana investisiyalar, ilk növbədə, qeyri-neft sektoruna daha böyük həcmdə gələcəkdir. Çünki əgər əvvəlki illərdə - müharibə hələ həll olunmamış bir vəziyyətdə biz bu investisiyaları cəlb edə bilmişiksə, bu gün bunları cəlb etmək daha asan olacaq”.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Xəzər Dəniz Gəmiçiliyinin yeni inzibati binasının açılışını etdi

Martın 1-də "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti üçün inşa olunan yeni inzibati binanın açılışı olub. Sfera.az  xəbər verir k...

Prezident və birinci xanım “Akademik Zərifə Əliyeva” gəmisinin suya salınma mərasimində iştirak etdi

Martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı gəmiqayırma zavodunda "Akademik Zərifə Əliyeva” gəmisinin ...

“Onik Qasparyanı zərərsizləşdirmək üçün Türkiyədən xüsusi qrup gəlib....” - Ermənistanda şayiə

Ermənistanda ordunun tələbinə baxmayaraq, hakimiyyəti əldə saxlamağa çalışan baş nazir Nikol Paşinyanın əlehydarları ona qarşı ən müxtəlif təzyiq formalarından ...

“Sualları cavablandırdıqca, həm də müvafiq mesajlar ötürürdü” – Mətbuat konfransının dəyərləndirilməsi

Prezident İlham Əliyev fevralın 26-da yerli və xarici mətbuat nümayəndələri üçün keçirdiyi və 4 saata yaxın davam edən mətbuat konfransında kifayət qədər vaci...

Bir gündə üç mitinq – Yerevan çalxalanır, meydanda alternativ hökumət elan oluna bilər

Ermənistanın baş naziri Nikol Paşinyan tərəfdarlarını bu gün saat 18:30-da Respublika meydanında keçiriləcək mitinqə dəvət edib. O, müxalifətin iddialarının ək...

Ermənistan o xəritəni Azərbaycana verəcəkmi? – Minalanmış ərazilər nə vaxta qədər can alacaq?

Xəbər verdiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyev yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında Ermənistan tərəfini...