Azərbaycan nefti bahalaşır
14:20 / 21.11.2020
2107
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 20-də 44,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,52 dollar/barel çoxdur.
Bu barədə Sfera.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 44,24 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,5 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 43,73 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,53 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 43,44 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,57 dollar/barel çoxdur.