Ombudsman Azərbaycan xalqını təbrik etdi

Ombudsman Azərbaycan xalqını təbrik etdi
Ombudsman Səbinə Əliyevanın Şuşa şəhərinin işğaldan azad olunması ilə bağlı təbrik edib.

Sfera.az-ın məlumatına görə, ombudsmanın təbrikində deyilir:

"Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün Müzəffər, Sarsılmaz, Şanlı ordumuz 28 ildir həsrətində olduğumuz, Azərbaycanın ürəyi, mirvarisi, o cümlədən bütün Qafqazın mədəniyyət beşiyi olan Şuşa şəhərini düşmən işğalından azad etdi.

Bu, bizim şanlı qələbəmizin, zəfərimizin günüdür! Bu gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Bütün Azərbaycan xalqını bu əlamətdar, şanlı gün münasibəti ilə təbrik edirəm!

Qürur və sevinc hissi ilə qeyd etmək istərdim ki, bu gün müstəqil Azərbaycan Ali Baş Komandanın rəhbərliyi ilə tarix yazır, qüdrətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etməsi nəticəsində ölkəmizin ərazi bütövlüyü və tarixi ədalət bərpa olunur. Üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır.

Ordumuzun uğurları hər bir azərbaycanlıya sevinc və sonsuz qürur hissi yaşadır. Azərbaycan vətəndaşları bir nəfər kimi Ali Baş Komandanın, dövlətimizin, Ordumuzun yanındadır!

Torpaqlarımızı erməni tapdağından azad edən bütün əsgərlərimizə bu şərəfli yolda möhkəm can sağlığı, güc-qüvvət arzu edirəm. Azərbaycanımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş əsgərlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm.

Yaşasın müstəqil Azərbaycan, yaşasın Cənab Ali Baş Komandan, yaşasın Azərbaycan Əsgəri!”

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...