No Image
No Image

Məhkəmə Eldar Həsənovla bağlı QƏRAR VERDİ

Məhkəmə Eldar Həsənovla bağlı QƏRAR VERDİ
Nəsimi Rayon Məhkəməsində Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov barəsində seçilən həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Sfera.az  xəbər verir ki, hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, təqdimat təmin edilib və Eldar Həsənov barəsində seçilən həbs-qətimkan tədbirinin müddəti uzadılıb.

Qeyd edək ki, Eldar Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) 308-1.1-ci (büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi) maddələrilə ittiham irəli sürülüb və Səbail Rayon Məhkəməsinin qərarı ilə onun həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilib.

Davam edən cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilib, toplanılmış materiallar əsasında müvafiq qərarla kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilib.

Maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulub və ona ittiham irəli sürülüb.

OXŞAR XƏBƏRLƏR

"Görüm onların “duxu” çatar “böyüklər”ə desin, övladınız niyə getmir?!" - Manaf Ağayev

"Elə bil Füzuli tək mənimlə bağlıdır, məndən başqa adam yoxdur". Sfera.az  bildirir ki, bu sözləri müğənni Manaf Ağayev "İnstagram" hesabında həmkarı...

Ermənistan ordusu 10 min nəfər itki verib - AÇIQLAMA

ABŞ-ın AP xəbər agentliyinin əməkdaşı Ermənistanın müharibədəki itkilərinin sayı ilə bağlı məlumat verib. Sfera.az xəbər verir ki, CNN, "Al Jazeera" və "G...

Xankəndi hava limanına kim nəzarət edəcək? - "Ağlasığmaz nəticələri olacaq..."

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən bildirilib ki, Azərbaycanın daha altı hava limanının, o cümlədən, Xankəndi aeroportunun beynəlxa...

Ermənistanın yeni müdafiə naziri kimdir? - DOSYE

Ermənistan hökumətində çoxsaylı istefalar fonunda müdafiə naziri David Tonoyanın istefası və Vaqarşak Arutyunyanın bu vəzifəyə təyin olunması bir qədər diqqətdə...

Erməni cinayətləri Meksika mətbuatında: "Atəşkəs imzalanmasına baxmayaraq..."

Meksikanın xarici əlaqələr sahəsində nüfuzlu "PROTOCOLO” diplomatik jurnalında erməni separatizminə qarşı yeni məqalə dərc olunub. Sfera.az xəbər verir ki...

Bu şəxslər 5 000 manatadək cərimələnəcək - Yanvarın 1-dən...

Milli Məclisin payız sessiyasının bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. ...