Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat
14:00 / 22.10.2020
1693
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 21-də 41,49 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,52 dollar/barel azdır.
Bu barədə Sfera.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 41,01 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,52 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 40,87 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,51 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 40,47 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,67 dollar/barel azdır.